...

"AtaTravel" səyahət paketinə sığorta polisi qismində bonus təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2013 14:01 (UTC +04:00)
"Ata Holding"dən Trend-ə verilən məlumata görə, "AtaTravel" MMC-dən istənilən istiqamətə səyahət paketi alan müştərilərə səyahət sığortası hədiyyə ediləcək.
"AtaTravel" səyahət paketinə sığorta polisi qismində bonus təklif edir

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

"AtaTravel" MMC sentyabr ayından yeni aksiyaya start verir.

"Ata Holding"dən Trend-ə verilən məlumata görə, "AtaTravel" MMC-dən istənilən istiqamətə səyahət paketi alan müştərilərə səyahət sığortası hədiyyə ediləcək.

"AtaTravel" MMC tərəfindən təklif edilən səyahət turlarının qiyməti 220 AZN-dən başlayır. Səyahət paketlərinə aviabilet, səyahət sığortası, hoteldə qalmaq, səhər yeməyi, bir günlük şəhərdə ekskursiya daxildir. Səyahət paketlərinin qiymətləri ölkələrin müxtəlifliyinə və müddətinə görə dəyişilir. "AtaSığorta" ASC tərəfindən təqdim edilən səyahət sığortası hadisəsi baş verdikdə sığortaçı zərərçəkənə tibbi, texniki, hüquqi yardım və ya başqa xidmətlərinin göstərilməsini təmin edir, müalicənin gedişatına nəzarət edir.

"AtaHolding" ASC Şirkətlər Qrupuna daxil olan "AtaTravel" MMC turizm agentliyi 2011-ci ildə təsis edilib. "AtaTravel" MMC turizm agentliyi dünyanın istənilən nöqtəsinə səfərlər üzrə çoxsaylı xidmətlər təqdim edir. Şirkət öz müştərilərinə hotellərin, transferlərin, təyyarə biletlərinin və turların, sığorta və vizaların qabaqcadan bronlaşdırılması üzrə xidmətlər göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti