...

"Unibank" müştərilərini mükafatlandirdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2013 12:40 (UTC +04:00)
Düzgün seçim edərək, "Unibank"a depozit qoyduğu üçün lotereyanın qalibi olan Samiq Nəsirov bu gün öz mükafatına - son model Chrysler 200 Touring 2.4 avtomobilinə qovuşdu.
"Unibank"  müştərilərini  mükafatlandirdi

Düzgün seçim edərək, "Unibank"a depozit qoyduğu üçün lotereyanın qalibi olan Samiq Nəsirov bu gün öz mükafatına - son model Chrysler 200 Touring 2.4 avtomobilinə qovuşdu.

Bankin mayın 20-dən avqustun 31-dək davam edən , "Unibanka əmanət yerləşdirin və hədiyyə qazanın!" adlı tirajlı stimullaşdırıcı lotereyasının digər 20 qalibinə də bu gün bank əməkdaşları tərəfindən 500 AZN balanslı Gold kartlar təqdim olundu.

Ümumilikdə kampaniya 4897 əmanətçini əhatə edib, lotereya oyunu müddətində qoyulan depozit sayı 6073, mümkün şansların sayı isə 964 min 420 olub.

Unibankın daha bir aksiyasının - "Kreditinizi ödəyin və qazanın" adlı tirajlı stimullaşdırıcı lotereyanın qalibləri də lotereyanın şərtlərinə uyğun olaraq qazandıqları 100 manatı Gold kartın balansında aldılar.

Lotereyanın şərtlərinə görə, bu kampaniyada iyunun 24-dən avqustun 31-dək, Unibanka olan kredit ödənişlərini ölkə üzrə Azərpoçt filiallarından, Milli Ön paypointlərindən və Online formada (unibank.az və hesab.az saytlarında) həyata keçirən müştərilər iştirak ediblər. Ümumi uduş fondu 5000 AZN olan lotereya oyununda, elektron püşkatma qaydasında açıqlanan nəticələrə əsasən 50 qalib hərəsi 100 AZN uduş qazanıb.

3 ay davam edən lotereya oyununun uduş fondunda 46 min kredit ödəyicisi 70 770 şansla iştirak edib.

Hər iki lotereyanın uduş fondu müsabiqə komissiyasının və kampaniya müddətində Unibankda depozit hesabı açan və kredit ödəyən müştərilərdən bir hissəsinin iştirakı ilə elektron püşkatma qaydasında açıqlanıb.

Lotereya oyunlarının qaliblərinin siyahısı ilə bu linklərdə tanış olmaq mümkündür.
http://unibank.az/en/about-bank/news/177/
http://unibank.az/az/about-bank/news/178/

Bu gün uduş məbləğlərini götürmək üçün banka gələ bilməyən qaliblər, həftənin 5 günü (1-5-ci günlər), Unibankın R.Behbudov 55 ünvanında yerləşən baş ofisinə müraciət edə bilərlər.

Daha ətraflı məlumatı (012) 117 nömrəli telefonla, Bankın saytından (www.unibank.az) və yaxud Bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.
Unibank -hər kəsin bankı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti