...

Azərbaycan və Britaniya arasında sərmayə qoyuluşları barədə fikir mübadiləsi aparılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2013 17:56 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi, Lordlar Palatasının üzvü Lord Risbinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Azərbaycan və Britaniya arasında sərmayə qoyuluşları barədə fikir mübadiləsi aparılıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi, Lordlar Palatasının üzvü Lord Risbinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

ARDNF-dən Trend-ə verilən məlumata görə, Ş.Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, investisiya fəaliyyəti, Neft Fondu tərəfindən maliyyələşdirilən layihələr barədə qonaqlara ətraflı məlumat verib.

Görüş zamanı tərəflər, həmçinin Azərbaycan və Böyük Britaniya arasında sərmayə qoyuluşları barədə fikir mübadiləsi aparıblar.

Görüşün sonunda Ş.Mövsümov ARDNF-nin fəaliyyətinə dair qonaqları maraqlandıran sualları cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti