...

Moody's: İqtisadiyyatın davamlı şaxələndirilməsi Azərbaycanın reytinqinə müsbət təsir edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2013 14:43 (UTC +04:00)
Azərbaycanın kredit qabiliyyəti dövlət borcunun aşağı səviyyədə olmasını, sabit büdcə profisitini və xeyli həcmdə xarici aktivlər (2012-ci ilin yekunları üzrə 45 milyard dollar və ya ÜDM-nin 66 faizi)sayəsində əldə edilən güclü xalis kredit mövqeyini dəstəkləyir.
Moody's: İqtisadiyyatın davamlı şaxələndirilməsi Azərbaycanın reytinqinə müsbət təsir edəcək

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir A. Axundov/

Azərbaycanın kredit qabiliyyəti dövlət borcunun aşağı səviyyədə olmasını, sabit büdcə profisitini və xeyli həcmdə xarici aktivlər (2012-ci ilin yekunları üzrə 45 milyard dollar və ya ÜDM-nin 66 faizi) sayəsində əldə edilən güclü xalis kredit mövqeyini dəstəkləyir.

Trend-in məlumatına görə, bu barədə "Moody's" reytinq agentliyinin illik kredit hesabatında deyilir.

"Sabit" proqnozla "Baa3" səviyyəsində yerli və xarici valyutalarda Azərbaycanın istiqrazları üzrə reytinqini əks etdirən bu amillər ölkə iqtisadiyyatını daxili və xarici şoklardan qorumağa kömək edəcək.

Hesabatda deyilir: "Karbohidrogenlərlə zəngin olan Azərbaycan özünün neft-qaz sənayesinin xeyli genişləndirilməsi və neft-qaz qiymətlərinin artması sayəsində son 10 ildə dünyanın ən tez inkişaf edən iqtisadiyyatlarından biri oldu. Neft gəlirlərinin artması Azərbaycana büdcə profisitini formalaşdırmağa və neft sahəsinin nailləytlərini ölkənin bütün iqtisadiyyatına tətbiq etməklə ölkənin infrastrukturuna xeyli investisiya yatırmağa imkan verib. Yekun nəticədə yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə azalıb ki, bu da mümkün daxili siyasi və sosial gərginləkləri məhdudlaşdırır".

Agentlik hesab edir ki, neft hasilatı həcminin azalmasına və qeyri-neft ÜDM-nin artımının canlanmasına baxmayaraq, iqtisadiyyat əsasən neft sektoruna söykənməyə davam edir. Qısa və ortamüddətli perspektivdə vəziyyətin dəyişəcəyi çətin görünür.

Məlumata görə, Azərbaycanın reytinqinə müsbət təsir edəcək amillər ölkənin institusional möhkəmlənməsi, iqtisadiyyatın şaxələndirilməsi üzrə davamlı səylər ola bilər. Reytinqi daxili və ya regional siyasi vəziyyətin kəskin pisləşməsi azalda bilər ki, bu da yekunda neft hasilatının və ya iqtisadiyyata yatırılan xarici investisiyaların azalmasına gətirib çıxara bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti