...

Deputat: Azərbaycan və Türkiyə regionun inkişaf etmiş ölkələridir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2013 16:25 (UTC +04:00)
Azərbaycan və Türkiyə regionun inkişaf etmiş ölkələridir. Trend-in məlumatına görə, bu barədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının QHT Forumunun həmsədri, Türkiyənin hakim partiyasından deputat İsmayıl Safi deyib.
Deputat: Azərbaycan və Türkiyə regionun inkişaf etmiş ölkələridir

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir R.Hafizoğlu/

Azərbaycan və Türkiyə regionun inkişaf etmiş ölkələridir. Trend-in məlumatına görə, bu barədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının QHT Forumunun həmsədri, Türkiyənin hakim partiyasından deputat İsmayıl Safi deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə tərəfindən həyata keçirilən xeyli sayda iqtisadi layihələr var ki, bu layihələr nəinki Bakı və Ankara, hətta bütün region üçün əhəmiyyətlidir. Belə əhəmiyyətli layihələrdən biri TANAP-dır.

İ.Safi digər ölkələrin iqtisadi böhranın öhdəsindən gələ bilmədiyi dövrdə Azərbaycan və Türkiyənin inkişaf etdiyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti