...

Azərbaycanlı sahibkarlar Ukraynada sənaye sərgilərində iştirak etməyə dəvət olunurlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2013 12:08 (UTC +04:00)
19-22 noyabr 2013-cü il tarixlərində Ukraynanın Kiyev şəhərində XII Beynəlxalq Sənaye forumu çərçivəsində bir neçə sərgi təşkil olunacaq.
Azərbaycanlı sahibkarlar Ukraynada sənaye sərgilərində iştirak etməyə dəvət olunurlar

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

19-22 noyabr 2013-cü il tarixlərində Ukraynanın Kiyev şəhərində XII Beynəlxalq Sənaye forumu çərçivəsində bir neçə sərgi təşkil olunacaqdır. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Məlumatda bildirilir ki, forum çərçivəsində metal emalı, maşınqayırma və əlaqəli sahələr, o cümlədən elmi-praktiki konfranslar proqramı, seminarlar və sərgi iştirakçılarının təqdimatının keçirilməsi planlaşdırılır.

Məlumatda vurğulanır: "Azərbaycanlı sahibkarlar tədbirdə iştirak etməyə dəvət olunurlar".
Əlavə məlumat almaq istəyənlər AZPROMO-ya və Ukraynanın Azərbaycandakı səfirliyinə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti