...

TuranBank uşaqlar arasında rəsm müsabiqəsinə start verdi.

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2013 18:46 (UTC +04:00)
TuranBank "Korporativ Sosial Məsuliyyət" proqramı çərçivəsində məktəbyaşlı uşaqlar arasında 20 noyabr - Ümumdünya Uşaq Gününə həsr olunmuş rəsm müsabiqəsinə start verib.
TuranBank uşaqlar arasında rəsm müsabiqəsinə start verdi.

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

TuranBank "Korporativ Sosial Məsuliyyət" proqramı çərçivəsində məktəbyaşlı uşaqlar arasında 20 noyabr - Ümumdünya Uşaq Gününə həsr olunmuş rəsm müsabiqəsinə start verib.

Bankdan Trend-ə verilən məlumata görə, rəsm müsabiqəsi Bakı şəhəri, Yasamal rayonu, 18 saylı orta məktəbin şagirdləri arasında keçirilir. "Azərbaycan abidələri uşaqların gözü ilə" mövzusunda keçirilən rəsm müsabiqəsinin əsas məqsədi uşaqların ölkəmizin qədim tarixi abidələri haqqında biliklərini daha da genişləndimək, eyni zamanda, rəsm sahəsində istedadlı uşaqları üzə çıxartmaq və onlara dəstək olmaqdır.

Oktyabrın 21-də startı verilən müsabiqə noyabr ayının 10-na kimi davam edəcək. Müsabiqə 20 noyabr - Ümumdünya Uşaq Günündə adıçəkilən məktəbin akt zalında müsabiqə iştirakçılarının çəkdikləri rəsmlərdən ibarət sərgi ilə yekunlaşacaq və qaliblər müxtəlif qiymətli hədiyyələrlə təltif olunacaqlar.

Qeyd edək ki, uşaqların seçilmiş 12 rəsmi TuranBank-ın illik təqviminə daxil ediləcək.

Cəmiyyət qarşısında daşıdığı sosial məsuliyyəti özünün biznes fəlsəfəsinin ayrılmaz bir hissəsinə çevirən TuranBank bu qəbildən olan tədbirləri mütəmadi olaraq keçirtməkdə israrlıdır.

Bank müştərilərə əlverişli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə, avtomobil və ipoteka kreditləri, eyni zamanda, "Sirlər Xəzinəsi" kampaniyası çərçivəsində yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabət qabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. TuranBank-ın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda, bank müştərilərə əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq, müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.

Hazırda bank öz müştərilərinə Western Union, Xpress Money, Contact, Migom, Zolotaya Karona, Privatmoney, Allure, Blizko, IBA-Express və Monex kimi geniş çeşidli təcili pulköçürmə sistemləri üzrə xidmət göstərir.

Bankın 14 xidmət nöqtəsi (onlardan 7-si Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatalada, Xaçmaz və Qazaxda olmaqla) və 20 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

TuranBank-ın məhsul və xidmətləri haqqında ətraflı məlumat üçün: www.turanbank.az; https://www.facebook.com/TuranBankASC və ya bankın 935 nömrəli Məlumat Mərkəzi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti