...

Ərdoğan: Türkiyə özəlləşdirmə sahəsində Aİ-nin əksər ölkələrini qabaqlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2013 15:30 (UTC +04:00)
Türkiyə hazırdə özəlləşdirmə sahəsində Avropa İttifaqının, (Aİ) demək olar, bütün ölkələrini qabaqlayır.
Ərdoğan: Türkiyə özəlləşdirmə sahəsində Aİ-nin əksər ölkələrini qabaqlayır

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə hazırdə özəlləşdirmə sahəsində Avropa İttifaqının, (Aİ) demək olar, bütün ölkələrini qabaqlayır.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata əsasən, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan tunelin açılış mərasimində deyib.

Onun sözlərinə görə, ölkədə özəlləşdirmə özəl sektorun inkişafına yönəldilib.

Qeyd edək ki, Türkiyənin Özəlləşdirmə üzrə Dövlət Təşkilatının daha əvvəl verdiyi məlumata görə, 2013-cü ilin əvvəlindən ölkədə 38 dövlət obyekti özəlləşdirilib. Dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən ümumi gəlir 1,85 milyard dollar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti