...

Şahin Mustafayev: Azərbaycan və Fransa ikitərəfli əməkdaşlığı genişləndirmək üçün böyük potensiala malikdirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2013 20:16 (UTC +04:00)
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bu gün Bakıda səfərdə olan Fransa Parlamentinin deputatlarının, bir sıra regionlarının rəhbərlərinin, eləcə də Beynəlxalq Üzüm və Şərab Təşkilatının baş katibi Federiko Kasteluçinin təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb.
Şahin Mustafayev: Azərbaycan və Fransa ikitərəfli əməkdaşlığı genişləndirmək üçün böyük potensiala malikdirlər

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bu gün Bakıda səfərdə olan Fransa Parlamentinin deputatlarının, bir sıra regionlarının rəhbərlərinin, eləcə də Beynəlxalq Üzüm və Şərab Təşkilatının baş katibi Federiko Kasteluçinin təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə nazir Ş.Mustafayev Azərbaycan və Fransa arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin uğurla davam etdiyini, ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb.

Bildirilib ki, Fransada Azərbaycan Evinin, Azərbaycanda fransız liseyinin açılması ikitərəfli əlaqələrin daha da genişlənməsinə töhfə verəcək. Fransa və Azərbaycanda keçirilən şərabçılıq festivalları iş adamları arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətlidir. Bu yaxınlarda Gəncədə Şərab Festivalının keçiriləcəyini xatırladan nazir belə tədbirlərə marağın artdığını, sərgi, təqdimat və biznes forumların ikitərəfli əlaqələrin inkişafında müsbət rolunu qeyd edib. Ş.Mustafayev iki ölkə arasında ticarət əlaqələrinin uğurla davam etdiyini vurğulayaraq, qarşılıqlı ticarət əlaqələrində məhsulların çeşidinin artırılmasının vacibliyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafında Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə vurğulanıb.

Görüşdə nazir Ş.Mustafayev Azərbaycanın etibarlı tərəfdaş, regionun iqtisadi və mədəni mərkəzi olduğunu qeyd edib, ölkəmizdəki siyasi və makroiqtisadi sabitliyi vurğulayaraq investorlar üçün əlverişli şərait yaradıldığını diqqətə çatdırıb.

Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının prezidenti Andre Vilye, Fransa Parlamentinin senatoru Juel Qağyo-Melam ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini, iqtisadi sahədə, o cümlədən kənd təsərrrüfatı sahəsində əməkdaşlığın genişləndiyini qeyd edib, iqtisadi əlaqələrin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti