...

“FNC Motors” Bakıda daha bir yeni Ford satış mərkəzi açdı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2013 11:48 (UTC +04:00)
"FNC Motors" tərəfindən yeni Ford Satış Mərkəzi istifadəyə verilib. Bu, şirkətin Bakıda istifadəyə verdiyi ikinci yeni avtomobil mərkəzidir.
“FNC Motors”  Bakıda daha bir yeni Ford satış mərkəzi açdı (FOTO)

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

"FNC Motors" tərəfindən yeni Ford Satış Mərkəzi istifadəyə verilib. Bu, şirkətin Bakıda istifadəyə verdiyi ikinci yeni avtomobil mərkəzidir.

Trend-in məlumatına görə, Həsən bəy Zərdabi, 78 ünvanında açılan Satış mərkəzində bütün müştəriləri yüksək səviyyəli xidmət və sərfəli qiymətlər gözləyir. Müasir dizaynda tərtib olunan Satış Mərkəzində müştərilərin öz zövq və imkanlarına uyğun Ford modellərini seçmək üçün bütün şərait yaradılıb.

Geniş və işıqlı salonda müştərilər bəyəndikləri modellərlə tanış olarkən, onları maraqlandıran suallar salonun mütəxəssisləri tərəfindən cavablandırılacaq. İstirahət zonası elə qurulub ki, müştərilər avtomobillərini gözlədikləri zaman maksimal komfort ilə vaxtlarını keçirə bilərlər.

Peşəkar personal, xüsusi təlim keçmiş satış işçiləri müştərilərin düzgün seçimində yardımçı olmağa hazırdırlar.

Hal-hazırda bir sıra Ford modellərinə endirimlər və kreditlə satışına isə sərfəli ilkin ödənişlər mövcuddur.

Alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir.

Ətraflı məlumatı Ford salonundan və www.ford.az saytından, həmçinin www.facebook.com/FordAzerbaijan səhifəsindən əldə edə bilərsiniz.

"FNC Motors" şirkəti 2003-cü ildən Azərbaycan bazarında "Ford" avtomobillərinin rəsmi idxalçısıdır. Şirkət Ford markalı avtomobillərin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. "FNC Motors" Salonundan alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. "FNC Motors" bütün fəaliyyətini beynəlxalq standartın tələbləri əsasında həyata keçirir.

Əlavə məlumat üçün ünvan və telefonlar:

Ünvan: AZ1011, Azərbaycan, Bakı

Bakı şəhəri, H.Zərdabi 78 ( Dövlət Sosial Müdafiə Fondu-nun yanı )

Tel: (+99412) 432 97 41

Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai pr., 36 (Təhsil Nazirliyi ilə üzbəüz)

Telefonlar: (+994 12) 496 00 21, 490 01 10,

E-mail: [email protected]

Rəsmi sayt: www.ford.az

Facebook səhifəsi: http://www.facebook.com/fordazerbaijan

Məqalədə:
Xəbər lenti

Xəbər lenti