...

Elmira Axundova: Bakıda "xruşovka"lar məsələsi öz həllini tapmalıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2013 17:18 (UTC +04:00)
Bakıda panel beşmərtəbəli binaların ("xruşovka"lar adlanan) gələcəyi məsələsi öz həllini tapmalıdır.
Elmira Axundova: Bakıda "xruşovka"lar məsələsi öz həllini tapmalıdır

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir E.Əliyev/

Bakıda panel beşmərtəbəli binaların ("xruşovka"lar adlanan) gələcəyi məsələsi öz həllini tapmalıdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü deputat Elmira Axundova Milli Məclisdə 2014-cü il büdcə zərfinin müzakirəsi zamanı bildirib.

Millət vəkili deyib ki, bu binalar həm mənəvi, həm də fiziki baxımdan köhnəlib. Misal üçün, Moskvada və ümumilikdə Rusiyada belə yaşayış binalarının sökülməsi ilə bağlı qərar qəbul edilib. Bu məsələ xeyli vəsait tələb edir, lakin gələcəkdə həll olunmalıdır".

Onun sözlərinə görə, habelə paytaxtın problemlərinin həllinə xüsusi diqqət ayrılmalıdır:

"Bakının çoxlu problemləri var. Şəhərin ekoloji vəziyyəti, Xəzər sahilinin antisanitar şəraiti ilə bağlı məsələləri həll etmək lazımdır. Sovet dövründə tikilmiş binaların bir çoxunda lift sistemlərinin yenidən qurulması tələb olunur. Ümid edirəm ki, səsləndirdiyim problemlərin həllinə diqqət ayrılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti