...

"TuranBank" ədliyyə işçilərinə istehlak kreditləri üzrə endirim təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2013 18:35 (UTC +04:00)
"TuranBank" 22-26 noyabr tarixləri aralığında peşə bayramları münasibətilə ədliyyə orqanlarının əməkdaşları üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir.
"TuranBank" ədliyyə işçilərinə istehlak kreditləri üzrə endirim təklif edir

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

"TuranBank" 22-26 noyabr tarixləri aralığında peşə bayramları münasibətilə ədliyyə orqanlarının əməkdaşları üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir.

Bankdan cümə günü Trend-ə verilən məlumat görə, göstərilən tarixlərdə "TuranBank"ın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim "TuranBank"ın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Endirim kampaniyası haqda daha ətraflı məlumatı Bankın Məlumat Mərkəzinin 935 nömrəli telefonuna zəng etməklə əldə etmək olar.

"TuranBank" müştərilərə əlverişli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə, avtomobil və ipoteka kreditləri, eyni zamanda "Sirlər Xəzinəsi" kampaniyası çərçivəsində yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. "TuranBank"ın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank, müştərilərə əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif olunur.

Hazırda Bank, öz müştərilərinə Western Union, Xpress Money, Contact, Migom, Zolotaya Karona, Privatmoney, Allure, Blizko, IBA-Express və Monex kimi geniş çeşidli təcili pul köçürmə sistemləri üzrə xidmət göstərir.

Bankın 14 xidmət nöqtəsi (onlardan 7-si regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz və Qazaxda olmaqla) və 20 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

"TuranBank"ın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Qeyd edək ki, noyabrın 22-i Azərbaycanda ədliyyə işçilərinin peşə bayramı günüdür. Bu bayram Ümummilli Lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli sərəncamı ilə təsis olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti