...

Son 10 ildə Azərbaycanda təqribən 7 min kilometr yol çəkilib və yenidən qurulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2013 13:41 (UTC +04:00)
Son 10 ildə çəkilmiş, yenidən qurulmuş və təmir edilmiş yolların ümumi uzunluğu 6974,9 kilometr təşkil edir.
Son 10 ildə Azərbaycanda təqribən 7 min kilometr yol çəkilib və yenidən qurulub

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir E.İsmayılov/

Son 10 ildə çəkilmiş, yenidən qurulmuş və təmir edilmiş yolların ümumi uzunluğu 6974,9 kilometr təşkil edir. Trend-in məlumatına görə, bu barədə Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanovun rəsmi mətbuatda dərc edilən məqaləsində deyilir.

Onun sözlərinə görə, son 10 ildə ölkədə 207 yeni körpü tikilib.
Hazırda respublikada istifadə edilən yolların ümumi uzunluğu 18 994 kilometr təşkil edir. Bundan 17521 kilometrə ASC tərəfindən xidmət göstərilir. 4366 kilometr yol respublika, 13155 kilometr yol isə yerli əhəmiyyətlidir.

C.Qurbanov yazır ki, bu yollarda ümumi sayı 1285-ə yaxın 46578 poqon metr uzunluğunda körpülər var: "Bakı şəhəri ərazisində olan yollar, prospektlər və küçələrin ümumi uzunluğu isə 1552 km təşkil edir".

Məqalədə deyilir ki, son 10 ildə respublikada yolların qorunmasına ayrılan vəsaitlər dəfələrlə artıb: "2003-cü ildə bu göstərici 10 milyon manat olduğu halda, 2013-cü ildə bu ehtiyaclara 222 milyon manatın ayrılması nəzərdə tutulub. 2003-cü ildə yol, körpü və keçidlərin yenidən qurulmasına və bərpasına ayrılan investisiyaların həcmi 2,4 milyon manat olduğu halda, cari il bu göstərici 975 milyon manat səviyyəsində təsdiq edilib".

Onun sözlərinə görə, yolların çəkilməsi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitlərin ümumi həcmindən 30-40 faizi torpaqların satın alınmasına, yaşayış və qeyri-yaşayış sahələrini, kommunikasiyaların köçürülməsinə, habelə digər təşkilatı işlərin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti