...

Maliyyə naziri: Azərbaycan ÜDM-in həcminə görə ölkələrin "TOP 50"-nə daxil olmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2013 14:37 (UTC +04:00)
Azərbaycan ÜDM-in həcminə görə dünyanın ən yaxşı 50 ölkəsi sırasına daxil olmaq niyyətindədir.
Maliyyə naziri: Azərbaycan ÜDM-in həcminə görə ölkələrin "TOP 50"-nə daxil olmaq niyyətindədir

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir A.Axundov/

Azərbaycan ÜDM-in həcminə görə dünyanın ən yaxşı 50 ölkəsi sırasına daxil olmaq niyyətindədir. Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda maliyyə naziri Samir Şərifov hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən "Azərbaycan 2013-2018: Yeni hədəflərə doğru" adlı konfransda bildirib.

Onun sözlərinə görə, 2003-cü ildə Azərbaycan ÜDM-in istehsal həcmi üzrə 108-ci, adambaşına düşən ÜDM-in həcmi üzrə isə 154-cü olduğu halda, 2012-ci ildə müvafiq olaraq 69 və 78-ci olub.

S.Şərifov qeyd edib ki, son 10 ildə Azərbaycan ÜDM-i 3,4 dəfə, neft sektorunda ÜDM 2,7 dəfə, adambaşına düşən ÜDM isə 3 dəfə artıb: "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən adambaşına düşən ÜDM-in ikiqat artımı planlaşdırılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti