Azərbaycan, Bakı, 26 dekabr/Trend, müxbir A. Axundov/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "FinansLizinq" ASC və "Joint Leasing" ASC-nin müvafiq olaraq 195 min manat və 10 milyon manat dəyərində faizli, sənədsiz, adlı istiqrazlarının emissiya prospektini qeydiyyata alıb.
QKDK-dən cümə axşamı Trend-ə verilən məlumata görə, emissiya çərçivəsində "FinasnLizinq" ASC-nin hər birinin nominal dəyəri 500 manat olan 390 təmin edilməmiş istiqrazı, "Joint Leasing Company" ASC-nin isə hər birinin nominal dəyəri 1000 manat olan 10 min təmin edilmiş istiqrazı buraxılıb.
.