...

Azərbaycanda əmtəə nişanlarına görə lisenziyaların dəyişdirilməsi dövlət rüsumundan azad edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2013 17:31 (UTC +04:00)
Əmtəə nişanı sahibinin əmtəə nişanından istifadə etmək hüququ verən lisenziya müqaviləsinin dəyişdirilməsi dövlət rüsumundan azad edilir.
Azərbaycanda əmtəə nişanlarına görə lisenziyaların dəyişdirilməsi dövlət rüsumundan azad edilir

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir E.Əliyev/

Əmtəə nişanı sahibinin əmtəə nişanından istifadə etmək hüququ verən lisenziya müqaviləsinin dəyişdirilməsi dövlət rüsumundan azad edilir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" qanunda müvafiq dəyişikliklərin edilməsinə dair imzaladığı fərmanda deyilir.

Bundan başqa, qanunun 35-ci maddəsinə edilmiş dəyişikliyə uyğun olaraq, əmtəə nişanının və coğrafi göstəricinin qeydə alınması, müvafiq şəhadətnamələrin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər üçün rüsumun ödənilməsi "Dövlət rüsumu haqqında" qanunla tənzimlənir.

Digər dəyişikliyə görə, həmin qanuna 35-1-ci maddə əlavə edilir. Həmin maddəyə əsasən, əmtəə nişanları və coğrafi göstəricilərlə bağlı iddia sənədinin qəbulunu (iddia sənədinin ilkin ekspertizası və ekspertizası daxil olmaqla), əmtəə nişanına dair ilkinliyin müəyyən edilməsini, iddia sənədinin materiallarının tamamlanmasına, dəqiqləşdirilməsinə və ona düzəliş edilməsinə və iddia sənədlərinin (o cümlədən ilkinlik üzrə sənədlərin) təqdim edilmə müddətinin uzadılmasına dair vəsatətlərə baxılmasını müvafiq icra hakimiyyəti orqanı (Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi) tərəfindən yaradılmış ixtisaslaşmış hüquqi şəxs həyata keçirir.

Dövlət başçısının bu qanunun tətbiqi haqqında digər fəmanı ilə Tarif (Qiymət) Şurasına həmin ixtisaslaşmış hüquqi şəxs tərəfindən həyata keçirilən xidmətlərə görə ödənişləri bir ay müddətində müəyyən etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti