Azərbaycan, Bakı, 29 yanvar / Trend, müxbir R.Hafizoğlu /
Türkiyə Mərkəzi Bankının milli valyutanın ucuzlaşmasını dayandırmaq üçün göstərdiyi cəhdlərdən sonra dollar 3,3 faiz - 2,2658 lirə səviyyəsinə düşüb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ölkənin Mərkəzi Bankının yaydığı xəbərdə deyilir.
Qeyd edək ki, dünən Türkiyə Mərkəzi Bankı milli valyutanın məzənnəsinin ucuzlaşmasını dayandırmaq üçün üç əsas faiz dərəcələrini artırıb.
Məlumata görə, həftəlik REPO-nun dərəcəsi 4,5 faizdən 10 faizədək artırılıb.
Bundan əlavə, Türkiyə Mərkəzi Bankı kreditlər üzrə faiz dərəcələrini 7,75 faizdən 12 faizədək, depozitlər üzrə isə 3,5 faizdən səkkiz faizədək artırıb.
Bundan əvvəl, ölkənin Mərkəzi Bankı türk lirəsinin mıəzənnəsinin sabit saxlanması üçün iki milyard dolların intervensiyasının həyata keçirmişdi, lakin bu cəhd uğursuz olmuşdu.