...

Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2014 11:00 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd və ya 0,01 faiz möhkəmlənib.
Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir E.Əliyev/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd və ya 0,01 faiz möhkəmlənib.

Trend-in məlumatına görə, müvafiq olaraq, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78426 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

20 yanvar

-

27 yanvar

0,7843

21 yanvar

0,7844

28 yanvar

0,7843

22 yanvar

0,7844

29 yanvar

0,7843

23 yanvar

0,7843

30 yanvar

0,7842

24 yanvar

0,7843

31 yanvar

0,7842

Həftə ərzində orta

0,78435

Həftə ərzində orta

0,78426

Həftə ərzində Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi 0,0005 bənd (0,05 faiz) möhkəmlənib. Bununla da orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7834 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): 0,7835 AZN/USD məzənnə üzrə yanvar 27-də 2,37 milyon dollar, yanvarın 28-də 1,858 milyon dollar, yanvarın 29-da 0,114 milyon dollar, yanvarın 31-də 0,7830 AZN/USD məzənnə üzrə 3,5 milyon dollar. Yanvarın 30-da sövdələşmələr həyata keçirilməyib.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi

20 yanvar

0,7835

27 yanvar

0,7835

21 yanvar

0,7835

28 yanvar

0,7835

22 yanvar

0,7835

29 yanvar

0,7835

23 yanvar

0,7835

30 yanvar

0,7835

24 yanvar

0,7835

31 yanvar

0,7830

Həftə ərzində orta

0,7835

Həftə ərzində orta

0,7834

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti