...

Ötən il Azərbaycanda ipoteka kreditləşməsi rekord səviyyəyə çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2014 20:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir E.Əliyev/

Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 2013-cü ildə 112,9 milyon manat məbləğində kredit verilib ki, bu da 2012-ci ilin yekunları üzrə maliyyələşmənin həcmini 50,1 faiz üstələyir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) statistik hesabatında deyilir.

AİF-in xətti ilə maliyyələşdirməyə başlanandan - 2006-cı ildən 2014-cü ilə qədər - 533,09 milyon manat, o cümlədən 2012-ci ildə 74,77 milyon manat, 2011-ci ildə 95,64 milyon manat, 2010-cu ildə 97,08 milyon manat, 2009-cu ildə 76,9 milyon manat, 2007-ci ildə 70,2 milyon manat, 2006-cı ildə 5,6 milyon manat ipoteka krediti ayrılıb.

2013-ci ildə bankların əvvəllər ayırdığı kreditlərin yenidən maliyyələşməsinin ümumi həcmi 86,9 milyon manat təşkil edib. İl ərzində AİF 57 milyon manat həcmində istiqrazlar yerləşdirib.

İstiqrazların yerləşdirilməsindən əldə edilən vəsait adi ipotekanın maliyyələşdirilməsinə ayrılır.

2013-cü ildə dövlət büdcəsindən sosial ipotekanın maliyyələşdirilməsinə 40 milyon manat ayrılıb.

AİF-in müvəkkil banklarının ayırdığı vəsait orta hesabla 39 474 manat, kreditin orta aylıq həcmi 278 manat, faiz dərəcəsi 6,88 faiz, orta aylıq ödəniş isə 319,9 manat təşkil edir.

Ayrılan kreditlərin ümumi həcmindən gənclərə və gənc ailələrin payına 72 faiz düşür (borcalanların 39 faizi 18-29 yaşında, 33 faizi 30-35 yaşındadır). Kreditlərin 28 faizi isə yaşı 36-dan yuxarı olan borcalanların payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti