...

İpotekaya alınmış mənzillərin təqribən 1/3-i Azərbaycan regionlarının payına düşür

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2014 20:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir A.Axundov/

İpoteka krediti ilə əldə edilmiş mənzillərin 1/3-i Azərbaycan regionlarının payına düşür. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankı yanında Azərbaycan İpoteka Fondunun (AİF) statistik hesabatında deyilir.

Hesabata əsasən, AİF-in yaradılmasından etibarən Fondun xətti ilə verilmiş 13,6 min kreditin maliyyələşdirilməsinə 430,9 milyon manat həcmində vəsait cəlb olunub.

Belə ki, Sumqayıtda 1131 kredit (ümumi sayın 8,31 faizi), Abşeron rayonunda 453 kredit (3,33), Gəncədə isə 391 kredit (2,87) verilib.

Fondun xətti ilə ipotekaya alınmış mənzillərin ümumi sayının 2/3-ni dəyəri 30-60 min manat olan mənzillər, daha 27,1 faizini isə qiyməti 60-90 min manat olan mənzillər təşkil edir. 3,9 faizi 30 min manatdan ucuz, 3,2 faizi 90-120 min manat, 1,6 faizi isə 120 min manatdan baha olan mənzillərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti