...

Ötən ay Azərbaycan ərazisi ilə yükdaşımalar cüzi azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2014 15:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir A.Axundov/

2014-cü ilin yanvar ayında Azərbaycan ərazisi ilə nəqliyyat vasitələri ilə 2,98 milyon tondan artıq yük daşınıb ki, bu da ötən ilin analoji dövr göstəricisindən 2,36 faiz azdır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) hesabatında deyilir.

Bu dövr ərzində yük ixracatı 2,37 milyon ton, idxalatı isə 0,61 milyon ton təşkil edib.

Yanvar ayı ərzində dəniz nəqliyyatı ilə 9,7 min ton, dəmiryolla 169,47 min ton, avtomobil nəqliyyatı ilə 40,48 min ton, hava nəqliyyatı ilə 322 ton yük ixrac edilib, stasionar nəqliyyat vasitələri ilə daşınmalar isə 2,15 milyon ton olub.

Ölkəyə dəniz nəqliyyatı ilə 166,88 min ton, dəmiryolla 314,16 min ton, avtomobil nəqliyyatı ilə 122,57 milyon ton, hava nəqliyyatı ilə 813 ton yük gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti