...

Ailə NET indi Hövsan qəsəbəsində

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2014 11:10 (UTC +04:00)
Artıq Suraxanı rayonu Hövsan qəsəbəsinin sakinləri də Ailə NET internet provayderinin xidmətlərindən yararlana biləcəklər.
Ailə NET indi Hövsan qəsəbəsində

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Artıq Suraxanı rayonu Hövsan qəsəbəsinin sakinləri də Ailə NET internet provayderinin xidmətlərindən yararlana biləcəklər. Hövsan qəsəbəsinin Ailə NET internet provayderinin əhatə dairəsinə daxil edilməsilə, Ailə TV kabel televiziyasının əhatə dairəsində olan, demək olar ki, bütün ərazilər Ailə NET internet provayderinin də genişzolaqlı fiber-optik şəbəkəsilə əhatə olunmuşdur.

Qeyd etmək lazımdır ki, Ailə NET internet porvayderinin xidmətlərinə qoşulan Ailə TV abunəçiləri üçün xüsusi endirimli tarif paketləri mövcuddur.

Xatırladaq ki, görülən işlər nəticəsində, Ailə NET internet provayderinin əhatə dairəsinə daha əvvəl Bakı şəhərinin Xətai, Nizami, Nərimanov, Suraxanı, Binəqədi, Nəsimi rayonları, Səbail rayonun bir hissəsi və Sabunçu rayonu Bakıxanov qəsəbəsinin bir hissəsi, eləcə də Gəncə şəhəri, o cümlədən Yeni Gəncə qəsəbəsi də daxil edilmişdir.

Qabaqcıl fiber-optic texnologiya əsasında kabel televiziyası və internet provayder xidmətləri təklif edən, "Ailə TV və "Ailə NET" brendlərinin sahibi "Caspian Telecom" MMC şirkəti əhatə dairəsinin genişləndirilməsilə barabər təqdim olunan xidmət növlərinin də sayının artırılmasını və ən son, qabacıl texnologiyaların tədbiqini planlaşdırır, bu da göstərilən xidmət səviyyəsinin yüksəldilməsilə birgə şirkətin inkişafının prioritet istiqaməti hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti