...

Azərbaycan və Niderland arasında ticarət dövriyyəsinin həcmi ötən il 320 milyon dollar təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2014 11:54 (UTC +04:00)
Azərbaycan və Niderland arasında ticarət dövriyyəsinin həcmi ötən il 320 milyon dollar təşkil edib.
Azərbaycan və Niderland arasında ticarət dövriyyəsinin həcmi ötən il 320 milyon dollar təşkil edib

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir S.Әhmədova/

Azərbaycan və Niderland arasında ticarət dövriyyəsinin həcmi ötən il 320 milyon dollar təşkil edib. Trend-in məlumatına görə, bu barədə Niderlandın Azərbaycandakı səfiri Robert Yan Qabriels Niderlandın Kral Günü münasibətilə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Robert Yan Qabriels sözlərinə görə, Niderland şirkətləri əsasən Azərbaycanda qeyri-neft və qeyri-maliyyə sahələrinə sərmayə yatırır: "Ötən il Niderland Azərbaycana 180 milyon dollar sərmayə yatırıb".

Səfirin sözlərinə görə, iki ölkə arasında ikitərəfli iqtisadi əlaqələr getdikcə inkişaf edir: "Niderland şirkətləri Azərbaycan iqtisadiyyatına daha çox maraq göstərir".

Robert Yan Qabrielsin sözlərinə görə, Azərbaycana səfərə gələn Niderland ticarət missiyasının keçirəcəyi görüşlərdə bu əlaqələrin bundan sonra da inkişaf etdirilməsi yolları müzakirə olunacaq və bu səfər səmərəli olacaq.

Səfir Niderlandın Azərbaycan ilə kənd təsərrüfatı və idman sahəsində əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

Qeyd edək ki 22-26 apreldə Niderland Krallığının Azərbaycandakı səfirliyi 2014-cü ildə Kral Gününü qeyd etmək üçün Niderland Həftəsi təşkil edir. Bu həftə ərzində Bakıda müxtəlif tədbirlər keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti