...

Şahin Mustafayev: Azərbaycan və Niderland investisiya sazişinin hazırlanmasını başa çatdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2014 16:09 (UTC +04:00)
Azərbaycan və Niderland arasında investisiyaların təşviqi və qarşılıqlı müdafiəsi haqqında hökumətlərarası sazişin hazırlanması başa çatır.
Şahin Mustafayev: Azərbaycan və Niderland investisiya sazişinin hazırlanmasını başa çatdırır

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.Əliyev/

Azərbaycan və Niderland arasında investisiyaların təşviqi və qarşılıqlı müdafiəsi haqqında hökumətlərarası sazişin hazırlanması başa çatır. Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayeb Bakıda keçirilən Azərbaycan-Niderland biznes forumunda çıxış edərkən deyib.

O, qeyd edib ki, iki ölkə arasında uğurlu və səmərəli siyasi münasibətlər iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün imkanlar yaradıb: "Bu gün Niderlandda təqribən 170 azərbaycanlı sahibkar çalışır, eyni zamanda, ölkəmizdə 108 Niderland şirkəti fəaliyytə göstərir".

Nazirin sözlərinə görə, qarşılıqlı fəaliyyətin potensialı kimi qarşılıqlı maraq da yüksəkdir: "Ölkələrimiz arasında əmtəə dövriyyəsi 2013-cü ildə 24 faiz artıb. Вu ilin birinci rübündə bu dinamika saxlanıb. Ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycan və Niderland arasında əmtəə dövriyəsi demək olar ki, 20 faiz artıb. Niderland şirkətləri milli iqtisadiyyata 670 milyon dollar dəyərində birbaşa investisiya yatırıblar və Azərbaycan iqtisadiyyatına investisiya qoyan xarici ölkələr arasında bu göstərici üzrə dördüncü yeri tuturlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti