Azərbaycan, Bakı, 5 may /Trend/
Hotellər və Restoranlar Assosiasiyasının təşəbbüsü ilə realizə edilən "Dövlət - Bizness Əməkdaşlığı" Layihəsi (State-Business Cooperation Project) davam edərək növbəti tədbiri 02 may tarixində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları ilə "dəyirmi masa" keçirmişdir.
"Qida təhlükəsizliyi" mövzusunda keçirilən tədbir bu sahədə düzgün və səmərəli normativlərin dinləyicilərə çatdırılması, ərzaq məhsullarının alınması, emalı, saxlanması, içtimai iaşə sektorunda tətbiq edilən gigiyena və sanitariya normaları və onlara riayət olunması və digər maarifləndirmə xarakterli cıxışlarla müşahidə edilmişdir.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayevin məruzəsi dinlənmişdir. Abdullayev qeyd etmişdir ki, son dövrdə qonaqpərvərlik sənayesinin sürətlə inkişaf etməsi, hotellərin və içtimai iaşə müəsissələrinin sayının artması müşahidə edilir. Bu müəsissələrdə gigiyena və sanitariya normalarına riayət edilməsi sektorun inkişaf proseslərində prioritet rol oynayır və göstərilən xidmətlərin keyfiyyətinə bilavasitə təsir göstərir. Bəzi xarici dövlətlərin bu sahədə olan təcrübələrindən danışaraq, HACCP, İSO 22000 və digər beynəlxalq standartların tələbləri açıqlanmışdır.
Geniş diskussiyalar zamanı qonaqpərvərlik sənayesində çalışan əməkdaşların tibbi müayinəsinin mərkəzləşdirilməsi və onların qeydiyyatının tənzimlənməsində bir sıra təkliflər irəli sürülmüşdür. Profilaktik dezinfeksiya xidmətlərinin nisbətən baha olması qeyd edilmişdir. Eyni zamanda iştimai iaşə müəsissələrinin yaranmasında tətbiq edilə biləcək normaların və qaydaların daha ciddi nəzarəti mexanizmləri müzakirə edilmişdirlər. Diabetik menyuların hazırlanması üsullarında olan boşluqlar haqqında fikir mübadiləsi aparılmışdır.
Tədbirdə bir sıra hotellərin və restoranların nümayəndələri, o cümlədən Ramada Hotel & Suites, JW Marriott Absheron, Four Seasons, Grand Europe Hotel, Hilton Baku, Atrium Hotel, Divan Express, Garadag Hill, Pik Palace, Lake Palace, Excelsior, Fairmont, Hyatt Regency, Burc Restoranı, Anadolu Restoranı, Qafqaz Park, Jumeirah Bilgah Beach Hotel, Azərbaijan Sahibkarlar Konfederasiyası və bir neçə müstəqil ekspertlər iştirak etmişdirlər.
Tədbirin baş sponsoru qismində Xonça Kitchen (http://www.xoncakitchen.az/) şirkəti iştirak etmişdir. Xonça Kitchen hotelçilik və içtimai iaşə müəsissələri üçün geniş çeşidli məhsullar təklif edir. Şirkət bir sıra tanınmış xarici brendlərin Azərbaijanda rəsmi nümayəndəsidir.
Partnyorlar Caspi Cuisine, Print Art Document Centre, Nova Net, Luxury Candles Azerbaijan şirkətləri seçilmişdirlər. Qeyd etmək istərdik ki, Caspi Cuisine (http://www.caspicuisine.com/) Türkiyənin Kayalar şirkətinin rəsmi nümayəndəsidir və geniş çeşidli mətbəx avadanlığı təklif edir. NovaNet şirkətinin (http://novadotnet.com/en/) proqram məhsulu olan İnOtel yeganə və ilk milli proqram təminatı olaraq hotellər üçün avtomatlaşdırma xidmətləri təklif edir. Print Art Doccentre (www.doccentre.az) şirkəti yüksək keyfiyyətli və sürətli rəqəmsal çap məhsulları sahəsində xidmətlər göstərir. Luxury Candles Azerbaijan (https://www.facebook.com/luxurycandle) İspaniyanın təkrarolunmaz təbii və müasir LED texnologiyası əsasında yaradılmış şamların distribütorudur.
Hotellər və Restoranlar Assosiasiyası, göstərilən köməyə görə baş sponsora, partnyor şirkətlərə və o cümlədən təşkilatı dəstəyə görə Hilton Baku Hotelinin rəhbərliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayevə, həmin qurumun rəhbəri Akif Alibəyova və şəxsən Azərbaycan Respublikası səhiyyə naziri Oqtay Şirəliyevə Assosiasiyanın təşəbbüsünü dəsdəklədiklərinə görə dərin minnətdarlığını bildirir.
Assosiasiyanın Layihə Rəhbəri Orxan Məmmədov qeyd edir ki, ölkənin hotelçilik və restoran biznesi nümayəndələrinin təkliflərini nəzərə alaraq Hotellər və Restoranlar Assosiasiyasının təşəbbüsü ilə "Dövlət - Bizness Əməkdaşlığı" Layihəsinə (State-Business Cooperation Project) 2013-cü ildə start verilmişdir. Layihə çərçivəsində ölkə hotelçilərinin və restoran biznesi nümayəndələrinin dövlət qurumları ilə görüşləri, qonaqpərvərlik sənayesində dövlətin tətbiq etdiyi müvafiq qanunların və qaydaların açıqlanması, ölkədə biznes mühütünün dahada yaxşılaşdırılmasına yönəlmiş proseslərin və biznes üçün önəmli olan sualların müzakirəsi nəzərdə tutulur. Layihənin əsas məqsədi qonaqpərvərlik sənayesinin aparıcı qüvvəsi olan hotelçilik və içtimai iaşə sektoru və müvafiq dövlət qurumları arasında dialoq yaradaraq iqtisadiyyatın bu sahəsinin inkişafına yardımçı olmaqdır.
Assosiasiyanın rəhbərliyi ümüd edir ki, ölkənin hotelçilik və restoran biznesının inkişafı yolunda dövlət qurumları, ictimai təşkilatlar və özəl sektor daha sıx əməkdaşlıq edəcək, bu sahədə çalışan hər bir kəs fəallıq nümaiş edərək, sənayenin inkişafına öz töhfəsini qətirəcəkdir.
Tədbirlərin təqvimi və digər detalları Assosiasiyanın rəsmi internet səhifəsi (www.dair.az) və sosial şəbəkələr (https://www.facebook.com/hotelsandrestaurantsassociation); (http://www.linkedin.com/groups) vasitəsilə yayılmaqdadırlar.