...

"A J Walter Aviation" şirkəti AZAL təyyarələri üçün ehtiyat hissələri göndərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2014 11:22 (UTC +04:00)
Təyyarələrə texniki xidmət sahəsində dünya lideri olan "A J Walter Aviation" şirkəti və "Azərbaycan Hava Yolları" QSC (AZAL) "A 340-500" markalı iki "Airbus" təyyarəsi üçün ehtiyat hissələrinin göndərilməsinə dair razılaşma əldə ediblər.
"A J Walter Aviation" şirkəti AZAL təyyarələri üçün ehtiyat hissələri göndərəcək

Azərbaycan, Bakı, 14 may / Trend, müxbir E.İsmayılov /

Təyyarələrə texniki xidmət sahəsində dünya lideri olan "A J Walter Aviation" şirkəti və "Azərbaycan Hava Yolları" QSC (AZAL) "A 340-500" markalı iki "Airbus" təyyarəsi üçün ehtiyat hissələrinin göndərilməsinə dair razılaşma əldə ediblər. Trend xəbər verir ki, bu barədə "AJW Aviation" şirkətinin saytında yerləşdirilmiş məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, "AJW Aviation" beş il ərzində AZAL təyyarələri üçüm lazımi ehtiyat hissələrinin göndərilməsini təmin edəcək.

AJW qrupunun texniki direktoru Dipak Şarmın sözlərinə görə, AZAL ilə uzunmüddətli əməkdaşlıq Azərbaycan aviaşirkətinin AJW-nin təcrübəsinə və şirkət tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə etimadını sübut edir.

Ötən il AJW AZAL-ın bütün hava gəmilərinin rebrendinqini həyata keçirib. Habelə AJW "British Airways Engineering" şirkəti ilə tərəfdaşlıqda AZAL-ın 2014-cü ildə alacağı gözlənilən "Boeing 787" təyyarələrinə xidmət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti