...

Azərbaycanda istehsalatda icbari sığorta üzrə daxil olan sığorta haqları 2 milyon dollara yaxın olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2014 15:52 (UTC +04:00)
2014-cü ilin aprel ayında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirlməsi hallarından icbari sığorta üzrə 914 sığorta müqaviləsi bağlanıb.
Azərbaycanda istehsalatda icbari sığorta üzrə daxil olan sığorta haqları 2 milyon dollara yaxın olub

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir E.Əliyev/

2014-cü ilin aprel ayında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirlməsi hallarından icbari sığorta üzrə 914 sığorta müqaviləsi bağlanıb.

Trend İcbari Sığorta Bürosuna istinadən məlumat verir ki, bu müqavilələr üzrə daxil olan sığorta haqları 571,547.17 manat təşkil edib.

Həmçinin müvafiq ayda əvvəlki dövrlərdə bağlanmış 226 müqaviləyə dəyişiklik edilib ki, bu müqavilələr üzrə daxil olan sığorta haqları 901,836.45 manat təşkil edib.

Ümumilikdə aprel ayında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə daxil olan sığorta haqları 1,5 milyon manata yaxın olmuşdur.

Qeyd edək ki, icbari sığortanın bu növü üzrə "Paşa Həyat Sığorta" ASC, "Qala Həyat" Sığorta Şirkəti ASC və "Atəşgah Həyat" Sığorta Şirkəti ASC fəaliyyət göstərirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti