...

Özbəkistan Azərbaycan şirkətlərini xüsusi iqtisadi zonalara dəvət edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 May 2014 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 may /Trend, müxbir E.Əliyev/

Özbəkistan hökuməti azərbaycanlı iş adamlarını ölkə ərzisindəki üç iqtisadi zona çərçivəsində əməkdaşlığa dəvət edir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəsmi saytında bildirilir.

Məlumata görə, Özbəkistan hökuməti Azərbaycan şirkətlərini yeni yaradılmış və fəaliyyət göstərən "Navoi", "Anqren" və "Djizak" xüsusi iqtisadi zonaların imkanlarından istifadə etməklə əməkdaşlıq etməyə dəvət edir.

Maraqlı iş adamları ətraflı məlumat üçün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) müraciət edə bilər.

500 hektardan çox sahəsi olan "Navoi" xüsusi iqtisadi zonası 2008-ci ildə yaradılıb. 2012-ci ildə ikinci zona Daşkənd ərazisində yerləşən "Anqren" açılıb. Djizak ərazisində keçən ilin martında üçüncü belə zona yaradılıb. Hər üç iqtisadi zona müddəti uzadılmaqla 30 ilə hesablanıb, zonalarda güzəştli vergi, viza, valyuta və ticarət rejimləri qüvvədədir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-aprel aylarında Özbəkistan ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 19,2 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti