...

Azərbaycanda polimer material istehsalçısı investisiya müsabiqəsinə çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2014 15:01 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi "Ceyranbatan Polimer Materialları" ASC-nin səhmlərinin 99,88 faizinin satışı ilə bağlı investisiya müsabiqəsi elan edib.
Azərbaycanda polimer material istehsalçısı investisiya müsabiqəsinə çıxarılıb

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir E.Əliyev/

Əmlak Məsələləri Dövlət Komitəsi "Ceyranbatan Polimer Materialları" ASC-nin səhmlərinin 99,88 faizinin satışı ilə bağlı investisiya müsabiqəsi elan edib.

Trend-in "Mülkiyyət" qəzetinə istinadən verdiyi məlumata görə, müsabiqədə Azərbaycanın fiziki və hüquqi şəxsləri, habelə xarici investorlar iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyənlər investisiya proqramını təqdim etməlidirlər. Proqrama istehsalın təkmilləşdirilməsi, təmir və mövcud tikililərin, avadanlıq və qurğuların yenilənməsi üzrə təklif, investisiya təklifinin dəyərinin 5 faizi olan ban zəmanəti, dövlət büdcəsinə 400 min manat ödənilməsi üzrə təklif daxildir.

İddiaçı niyyətinin ciddiliyini təsdiq etmək üçün istənilən bankın 130 min mant dəyərində təminatlı məktubunu təqdim etməlidir.

ASC-nin ştatı 20 nəfərdir.

İddiaçılar ətraflı məlumatı hər gün iyunun 7-dək saat 10:00-dan 17:30-dək ala bilərlər.

Təkliflər iyunun 7-dək saat 10:00-dan 17:30-dək qəbul edilir.

Təkliflərin qiymətləndirilməsi konkurs komissiyası tərəfindən Komitənin binasında iyunun 9-dan sat 15:00-dan aparılacaq. .

Məqalədə:
Xəbər lenti

Xəbər lenti