...

Ziyad Səmədzadə: Azərbaycan ÜDM-də sığortanın payı bir faizə çatmalıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2014 11:24
Azərbaycanın sığorta şirkətlərinin mükafatlarının ümumi həcmi ölkənin ümumi daxili məhsulunda (ÜDM) bir faizə çatmalıdır.
Ziyad Səmədzadə: Azərbaycan ÜDM-də sığortanın payı bir faizə çatmalıdır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir Zülfiyyə Qurbanova/

Azərbaycanın sığorta şirkətlərinin mükafatlarının ümumi həcmi ölkənin ümumi daxili məhsulunda (ÜDM) bir faizə çatmalıdır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Bakıda öz işinə başlamış V Azərbaycan Beynəlxalq Sığorta Forumunun açılışında deyib.

Hazırda sığorta yığımlarının ölkə ÜDM-də payı 0,8 faizdir.

Səmədzadə bildirib: "Ümid edirəm ki, gələcəkdə ölkənin sığorta bazarı bir milyard dollara çatacaq".

Onun sözlərinə görə, sığorta sektoru Azərbaycan iqtisadiyyatının çox mühüm seqmentidir və bu forumun Azərbaycanda keçirilməsi təsadüfi deyil: "Azərbaycan iqtisadiyyatı dərin maliyyə-iqtisadi böhran dövründə belə sabit inkişaf edən çox az ölkələrdən biridir. Hazırda Azərbaycanın investisiya imkanları və iqtisadiyyatının səmərəliliyi artmaqda davam edir".

Səmədzadənin qeyd etdiyi kimi, son səkkiz il ərzində Azərbaycanın sığorta bazarı beynəlxalq standartlara uyğun qanunvericilik bazası sayəsində böyüyüb: "Milli iqtisadiyyatın neft sektorundan asılılığının azalması ölkədə sığorta bazarının inkişafı üçün əlverişli şərait yaradacaq".

Millət vəkili əlavə edib ki, bu günün əsas vəzifəsi tibbi və kənd təsərrüfatı sığortasının inkişafıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti