...

"Bank of Baku"dan müştərilərə növbəti yenilik

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2014 16:33 (UTC +04:00)
145-ə ZƏNG ET, kredit eksperti ilə görüş vaxtı SİFARİŞ ET!
"Bank of Baku"dan müştərilərə növbəti yenilik

Azərbaycan, Bakı, 19 iyun /Trend/

"Bank of Baku"dan müştərilərə növbəti yenilik!

Fəaliyyətində daima müştərilərin rahatlığını əsas tutan və Azərbaycanın bank sektorunda hər zaman yenilikləri ilə fərqlənən "Bank of Baku" bu dəfə filiallarda növbəsiz xidmət üçün "Ekspertlə görüş vaxtı sifarişi" xidmətinə start verdi. Yeni xidmət bankın 145 Məlumat Mərkəzi nəzdində fəaliyyət göstərir.

Artıq filiallara yaxınlaşıb növbədə gözləməyə ehtiyac yoxdur. Belə ki, istənilən müştəri bir zənglə kredit eksperti ilə görüş vaxtı təyin edib, bankın məhsul və xidmətləri ilə bağlı məlumat ala, həmçinin Bolkart və ya istənilən növ kredit əldə edə bilər.

Bu xidmətdən faydalanmaq üçün 3 sadə addım atılmalıdır:

• 145-ə zəng etmək (ölkədaxili istənilən şəhər və mobil nömrələrindən)
• dil seçimindən sonra operatora qoşulmadan 5 düyməsini (kredit sifarişi) seçmək
• mobil nömrəni qeydiyyata salmaq

Nömrə qeydiyyata alındıqdan sonra bankın əməkdaşı ən qısa zamanda qeyd olunan mobil nömrə sahibi ilə əlaqə saxlayıb onu məlumatlandıracaq və uyğun müştərini NÖVBƏSİZ KREDİT və ya BOLKART almaq üçün filiala yönləndirəcək.

Bu xidmət sayəsində zaman məhdudiyyəti olan müştərilər vaxtlarına qənaət etmiş olacaqlar.

Daha ətraflı məlumat:

145 Məlumat Mərkəzi

www.facebook.com/bankofbaku

www.bankofbaku.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti