...

Azərbaycanın polad istehsalçısı xüsusi texnikanın alınması üzrə iri müqavilə imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2014 14:05 (UTC +04:00)
“Daşkəsən Filizsaflaşdırma” ASC (“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin struktur bölməsi) Belarusdan karyer yük maşınlarının tədarükünə dair lizinq və zəmanət müqaviləsi imzalayıb.
Azərbaycanın polad istehsalçısı xüsusi texnikanın alınması üzrə iri müqavilə imzalayıb

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

"Daşkəsən Filizsaflaşdırma" ASC ("Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-nin struktur bölməsi) Belarusdan karyer yük maşınlarının tədarükünə dair lizinq və zəmanət müqaviləsi imzalayıb.

Trend-in məlumatına görə, "BelAZ" ASC-nin "Irridio Motors" lizinq şirkəti ilə bağlanmış müqaviləyə əsasən, müəssisə 12 "BelAZ-7547" və "BelAZ-75131" karyer yük maşını alacaq.

Alınmış 10 "BelAZ-7547" yük avtomobilinin yükgötürmə qabiliyyəti 45 tondur, 2 "BelAZ-75131" yük maşınının isə 140 tondur.

Avtomobillərdən dəmir mədəni hasilatında istifadə ediləcək. Onlardan istifadə hasilatın maya dəyərini 20 faiz azaltmağa imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti