...

Dəmir yolunun Padar-Sığırlı mənzilində 5,8 km yol əsaslı təmir olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2014 09:38 (UTC +04:00)
Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir işləri davam edir.
Dəmir yolunun Padar-Sığırlı mənzilində
5,8 km yol əsaslı təmir olunur

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir işləri davam edir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 8 iyul 2014-cü ildə Padar-Sığırlı mənzilində 5,8 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri beş gün davam edəcək.

Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri və Infrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.

Qeyd edək ki, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Arstafa sahəsinin 97-ci kilometrində start verilib, 10 dekabr 2013-cü ildə Ağstafa-Poylu mənzilində 317-cü kilometrin əsaslı təmiri başa çatıb. Əsaslı təmir olunmuş 317 kilometr 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti