...

Əli Məsimli: Azərbaycanın ÜDM-də qeyri-neft sektorunun payı artmaqda davam edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2014 18:25 (UTC +04:00)
Prezident İlham Əliyev öz çıxışında 2014-cü ilin birinci yarısında Azərbaycan iqtisadiyyatının əldə etdiyi uğurlara geniş yer ayıraraq onları tutarlı dəlillərlə möhkəmləndirib.
Əli Məsimli: Azərbaycanın ÜDM-də qeyri-neft sektorunun payı artmaqda davam edəcək

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir Zülfiyyə Qurbanova/

Prezident İlham Əliyev öz çıxışında 2014-cü ilin birinci yarısında Azərbaycan iqtisadiyyatının əldə etdiyi uğurlara geniş yer ayıraraq onları tutarlı dəlillərlə möhkəmləndirib. Bu barədə cümə günü Trend-ə Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını şərh edərkən bildirib.

Dövlət başçısı giriş nitqində qeyd edib ki, Azərbaycanın uğurlarının əsasında düşünülmüş siyasət və sabitlik durur: "İqtisadi sahədə aparılan islahatlar da mühüm yer tutur. Çünki bu islahatlar sayəsində Azərbaycanın dayanıqlı inkişafı mümkün olmuşdur. Siz də yaxşı xatırlayırsınız ki, vaxtilə bizim uğurlarımızı bəziləri ancaq neft amili ilə bağlayırdılar. Belə bir fikir irəli sürülürdü ki, Azərbaycanın nefti var və buna görə ölkə iqtisadiyyatı inkişaf edir. Əlbəttə, son illərdə bu amil öz rolunu oynamışdır. Ancaq bizim uğurlu siyasətimizin nəticəsində bu gün neftdən asılılıq böyük dərəcədə aşağı düşmüşdür və ümumi daxili məhsulumuzun böyük hissəsi qeyri-neft sektorunda yaranır".

Ə.Məsimlinin sözlərinə görə, Azərbaycan Prezidenti öz çıxışında bir sıra vacib məsələlərə toxunub: "Azərbaycanda ÜDM-in artımı ilə bağlı məsələlər çox aktualdır. Lakin son illər ən mühüm məsələ ondan ibarətdir ki, əgər əvvəllər Azərbaycanda ÜDM-in artımını daha çox neft sektoru təmin edirdisə, son illər ərzində qeyri-neft sektorunun təxminən 10 faiz səviyyəsində illik artımı ona gətirib çıxarıb ki, onun payı ölkənin ÜDM-də 50 faizi ötür. Bu o deməkdir ki, qeyri-neft sektoru ÜDM-in artımında lokomotiv rolunu oynayır. Bu, çox müsbət amildir. Əgər bu dinamika qorunub saxlansa, onda ölkənin ÜDM-də qeyri-neft sektorunun payı artmaqda davam edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti