...

Ekspert: Azərbaycanda sığorta bazarı 7 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2014 11:34 (UTC +04:00)
2014-cü ilin yanvar-iyun aylarında Azərbaycan sığortaçıları tərəfindən 212 milyon manat sığorta mükafatı toplanıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 14 milyon manat və ya 7,1 faiz çoxdur.
Ekspert: Azərbaycanda sığorta bazarı 7 faizdən çox artıb

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir Zülfiyyə Qurbanova/

2014-cü ilin yanvar-iyun aylarında Azərbaycan sığortaçıları tərəfindən 212 milyon manat sığorta mükafatı toplanıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 14 milyon manat və ya 7,1 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü mətbuat konfransında Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri Orxan Bayramov bildirib.

Onun sözlərinə görə, ilin birinci yarısında sığorta ödənişlərinin həcmi ötən ilin analoji dövrünə nisbətən artıb.

O deyib: "Bu ilin hesabat dövründə sığorta ödənişlərini həcmi 65,4 milyon manat olub ki, bu da 2013-cü ilin yanvar-iyun aylarının göstəricisindən 7,3 milyon manat və ya 12,6 faiz çoxdur".

Bayramovun sözlərinə görə, hesabat dövründə sığorta yığımlarının hər 100 manatına 30,9 manat ödəniş düşüb.

ASA rəhbəri deyib: "Ötən ilin yanvar-iyun aylarında bu göstərici 29,3 manat idi".

Azərbaycanda 28 sığorta və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti