...

Azərbaycan BTQ-nin Gürcüstan hissəsinin tikintisinə 490 milyon dollar ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2014 11:58
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Bakı-Tbilisi-Qars (BTQ) yeni dəmiryolu xəttinin yaradılması layihəsini maliyyələşdirməyə başlamasından etibarən 489 milyon dollar (2014-cü il iyunun 30-na) ayrılıb.
Azərbaycan BTQ-nin Gürcüstan hissəsinin tikintisinə 490 milyon dollar ayırıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir Emil İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Bakı-Tbilisi-Qars (BTQ) yeni dəmiryolu xəttinin yaradılması layihəsini maliyyələşdirməyə başlamasından etibarən 489 milyon dollar (2014-cü il iyunun 30-na) ayrılıb. Bu barədə Trend ARDNF-yə istinadən məlumat verir.

Azərbaycan və Gürcüstan arasında imzalanmış sazişə uyğun olaraq vəsaitlər Azərbaycan Beynəlxalq Bankı vasitəsilə "Marabda-Kartsaxi Dəmiryolu" MMC-yə köçürülüb. MMC Marabda-Türkiyə sərhədi dəmiryolu sahəsinin və müvafiq infrastruktur obyektlərinin layihələndirilməsi, tikintisi, bərpası, yenidən qurulması və istismarı məqsədilə yaradılıb.

Məlumata görə, 2014-cü ilin I yarısında layihənin reallaşdırılmasına Fond tərəfindən 24,9 milyon dollar ayrılıb.

Qeyd edək ki, BTQ dəmiryolu Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası sazişi əsasında tikilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti