...

Azərbaycanın hava nəqliyyatı sığortası üzrə şirkəti kapitalını 22 faiz artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2014 11:56 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "İpək Yolu Sığorta" ASC-nin adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
Azərbaycanın hava nəqliyyatı sığortası üzrə şirkəti kapitalını 22 faiz artırır

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir İlahə Məmmədli/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "İpək Yolu Sığorta" ASC-nin adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Emissiya çərçivəsində səhmlərin nominal dəyəri 22,14 faiz artıb. Bu barədə Trend QKDK-nın rəsmi saytına istinadən məlumat verir.

Emissiyanın yerləşdirilməsi 691 manat nominallı 17 500 səhmin eyni həcmdə 844 manat nominallı səhmlərə konvertasiya yolu ilə aparılacaq.

Beləliklə, şirkətin nizamnamə kapitalı 12,092 milyon manatdan 14,77 milyon manata qədər artacaq.

Qeyd edək ki, Əvvəllər "İpək Yolu Sığorta" ASC "AZAL Sığorta" ASC adı altında fəaliyyət göstərib. Hava nəqliyyatının sığortalanması üzrə ixtisaslaşan "AZAL Sığorta" 1995-ci ildə yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti