...

Mərkəzi Bankın valyuta ehtiyatları kifayətlilik üzrə beynəlxalq normaları əhəmiyyətli dərəcədə üstələyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Avqust 2014 14:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust /Trend/

Azərbaycan Mərkəzi Bankı bəzi mətbuat orqanlarında yer alan AMB-nin valyuta sterilizasiyası əməliyyatları haqqında məlumatlarla bağlı açıqlama verib.

Bankdan Trend-ə daxil olan məlumatda deyilir:

"Bu günlərdə Azərbaycanın bəzi mətbuat orqanları Mərkəzi Bankın valyuta sterilizasiyası əməliyyatları haqqında məlumatı ictimaiyyətə yalnış şərh edərək bunu valyuta xərcləməsi kimi çatdırmışlar.

Məlumat üçün bildiririk ki, son illərdə ölkənin tədiyə balansının profisiti şəraitində Azərbaycanın valyuta bazarında təklif tələbi üstələyir. Bununla əlaqədar, Mərkəzi Bank valyuta bazarından 2010-cu ildə 1385 mln. $, 2011-ci ildə 4153 mln. $, 2012-ci ildə 1584 mln. $, 2013-cü ildə 2457 mln. $, 2014-cü ilin 6 ayında isə 967.4mln. $ məbləğində alışlar həyata keçirərək valyuta ehtiyatlarının artırılmasına yönəltmişdir. Təkcə 2014-cü ilin I yarısında Mərkəzi Bankın sərəncamında olan valyuta ehtiyatları 7% artaraq 15163 mln. $ səviyyəsinə yüksəlmişdir ki, bu da valyuta ehtiyatlarının kifayətliliyi üzrə beynəlxalq normaları əhəmiyyətli dərəcədə üstələyir".

Qeyd edək ki, valyuta sterilizasiyası xarici valyutanın kəskin ucuzlaşmasının və ya milli valyutanın əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq məqsədilə izafi xarici valyutanın alışıdır. Adətən ölkənin tədiyə balansında profisitin olduğu və valyuta bazarında təklifin tələbi üstələdiyi hallarda mərkəzi banklar tərəfindən valyuta alışları həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti