...

Azərbaycan yükdaşıma və sərnişindaşıma tarifləri ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Sentyabr 2014 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

2014-cü ilin avqust ayında Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,2 faiz, sərnişindaşıma tarifləri isə 0,9 faiz ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 4,2 faiz bahalaşma, digər xarici ölkələr üzrə isə 11,8 faiz ucuzlaşma müşahidə olunub.

Avqust ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,9 faiz ucuzlaşıb, dəniz nəqliyyatı vasitəsilə digər xarici ölkələrə yükdaşıma tarifləri isə 4,3 faiz bahalaşıb.

Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə, dəmir yolu nəqliyyatında isə sərnişindaşıma tarifləri üzrə avqust ayında heç bir dəyişiklik müşahidə olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti