...

"Royal Sığorta" şirkətinin lisenziyası ləğv edildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Sentyabr 2014 17:27 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyi "Royal Sığorta" ASC-nin lisenziyasını ləğv edib.
"Royal Sığorta" şirkətinin lisenziyası ləğv edildi

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir Zülfiyyə Qurbanova/

Azərbaycan Maliyyə Nazirliyi "Royal Sığorta" ASC-nin lisenziyasını ləğv edib. Trend xəbər verir ki, bu barədə Dövlət Sığorta Nəzarəti Xidmətinin saytında yerləşdirilmiş məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, "Royal Sığorta" Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılmasının müəyyən olunmuş müddətdə təmin edilməməsi ilə əlaqədar, Cəmiyyətin lisenziyası sığorta qanunvericiliyinin tələblərinə müvafiq olaraq Azərbaycan Maliyyə Nazirliyinin müvafiq əmri ilə 2014-cü il 8 sentyabr tarixdə ləğv edilib.

Qeyd edək ki, sığorta qanunvericiliyinin tələblərinə uyğun olaraq, lisenziyanın ləğv olunmasına səbəb olan nöqsanların aradan qaldırılması üçün 6 ay vaxt verilir.

Maliyyə Nazirliyinin qərarına görə, qeyri-həyat sığortası üzrə fəaliyyət göstərən sığortaçıların ümumi kapitalının minimum məbləği beş milyon manat səviyyəsində müəyyən olunub.

"Royal Sığorta" 2011-ci il oktyabrın 11-də dövlət qeydiyyatından keçib.

2011-ci il dekabrın 28-də "Royal Sığorta" ASC-yə Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən sığorta fəaliyyəti üzrə beş illik lisenziya verilib. Şirkətin təsisçiləri 5 fiziki şəxsdir.

"Royal Sığorta"nın lisenziyası geri çağırıldıqdan sonra ölkənin sığorta bazarında 27 sığorta və bir təkrar sığorta şirkəti qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti