...

İstehlakçı fəallığının artırılması

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2014 13:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Aparılan sistemli işlərə baxmayaraq, hələ də bəzi dükan və ictimai-iaşə obyektlərində keyfiyyətsiz və vaxtı keçmiş mallara rast gəlinir. Odur ki, istehlakçı fəallığının artırılması xüsusi önəm kəsb edən məsələdir. Malları alarkən və xidmətlərdən istifadə edərkən diqqətli olmalı, mal və xidmətlərə diqqətlə yanaşmalıyıq.

Trend-in məlumatına görə, "Sosial-İqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyinin sədri Rahilə Mehdiyeva deyib ki, daha bir vacib məsələ isə yeyinti məhsullarının güzgün qablaşdırılmasıdır. Gündəlik həyatımızda bəzən heç bir gigiyenik qaydaya uyğun olmayan keyfiyyətsiz qablardan istifadə edilməsi halları ilə qarşılaşırıq. Bəzən isə zövqlə bəzədilərək istehlakçılara köhnə mallar satırlar.

Qanunvericiliyə görə, yeyinti məhsulları müvafiq normativ sənədlərə və ticarət qaydalarına uyğun olaraq qablaşdırılmalı və etiketlənməlidir.

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Hüquqlarımızı bilmək isə bizə yalnız fayda gətirər.

Yadda saxlayaq ki, sağlamlığımızın ən fəal qoruyucuları da məhz özümüz olmalıyıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti