...

Azərbaycanın mənzil fondu 30 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Noyabr 2014 12:46 (UTC +04:00)
Son 20 il ərzində Azərbaycanın mənzil fondu 30 faiz artıb.
Azərbaycanın mənzil fondu 30 faiz artıb

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir Maksim Tsurkov/

Son 20 il ərzində Azərbaycanın mənzil fondu 30 faiz artıb. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova "Azərbaycanın mənzil fondunun idarə edilməsində yeni yanaşmaların formalaşdırılması" mövzusunda keçirilən iclas çərçivəsində deyib.

İclas Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birgə təşkil edilib.

Onun sözlərinə görə, son 20 ildə Azərbaycanda mənzil fondu 30 faiz artıb və 166,4 milyon kvadratmetr təşkil edir: "Bu, adambaşına 18 kvadratmetrdən çoxdur. Bu sahənin 90 faizindən çoxu şəxsi mənzillərin payına düşür".

S.Həsənova qeyd edib ki, yeni Məznil Məcəlləsinin qəbul edilməsi iri tikinti-təmir işlərinin görülməsində vacib rol oynayıb: "Yeni məcəllə normativ-hüquqi bazanı standartlaşdırmağa, kommunal xidmət sisteminin tənzimlənməsinin təmin edilməsinə, eləcə də mənzil fondunun idarə edilməsini həyata keçirməyə imkan verib".

GIZ-in Azərbaycan üzrə direktoru Henninq Tvesten bildirib ki, bu sahədə Almaniya-Azərbaycan əməkdaşlığı davam edəcək: "Mənzil hüququ sahəsində ölkələrimiz arasında əməkdaşlıq yüksək səviyyədədir və bu, davam edəcək. Bu sahədə təcrübə mübadiləsi aparmaq və hüquqi bazanı təkmilləşdirmək bizim üçün çox vacibdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti