...

Gələn il Azərbaycanla İspaniya arasında birbaşa aviareys açılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2014 10:43 (UTC +04:00)
2015-ci ildə Azərbaycanla İspaniya arasında birbaşa hava əlaqəsinin yaradılması planlaşdırılır.
Gələn il Azərbaycanla İspaniya arasında birbaşa aviareys açılacaq

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

2015-ci ildə Azərbaycanla İspaniya arasında birbaşa hava əlaqəsinin yaradılması planlaşdırılır. Trend İspaniyanın EFE agentliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Barselonada EİBTM beynəlxalq turizm sərgisində deyib.

Nazir müavini bildirib: "Hazırda Madridlə Bakı arasında birbaşa müntəzəm aviareyslərin açılması məsələsi üzrə danışıqlar yekunlaşma mərhələsindədir".

Onun sözlərinə görə, hava reysinin açılması gələcəkdə turst axınının artmasına və iki ölkə arasında biznesin stimullaşdırılmasına təkan verəcək.

N.Səmədov qeyd edib ki, çoxsaylı ispan tursitlərin cəlb edilməsində başlıca əngəl İspaniyada Azərbaycanın əhəmiyyətli dərəcədə tanınmamasıdır.

Nazir müavini bildirib ki, bu istiqamətdə Bakının kommersiya fəaliyyətinin artırılması lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti