...

Azərbaycan-Türkiyə müştərək bankının səhmdarlarının tərkibində dəyişikliklər edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Yanvar 2015 12:09 (UTC +04:00)
"Azəri-Türk Bank" ASC səhmdarlarının tərkibində yenidən dəyişiklik baş verib. Nəticədə Türkiyə "Ziraat Bankası"nın bankda səhm payı 13,45 faiz azalıb.
Azərbaycan-Türkiyə müştərək bankının səhmdarlarının tərkibində dəyişikliklər edilib

Azərbaycan, Bank, 7 yanvar /Trend, müxbir Maksim Tsurkov/

"Azəri-Türk Bank" ASC səhmdarlarının tərkibində yenidən dəyişiklik baş verib. Nəticədə Türkiyə "Ziraat Bankası"nın bankda səhm payı 13,45 faiz azalıb.

Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, bununla yanaşı "Qala Həyat" sığorta şirkəti və Azərbaycanın yeganə təkrar sığorta şirkəti "AzRe" səhmdarların tərkibinə daxil edilib.

Вununla əlaqədar, səhmlərin pay bölgüsü də dəyişib. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin payı 85 faizdən 75 faizədək, Türkiyənin "Ziraat Bankası"nın payı 14 faizdən 12,37 faizədək azalıb, bu halda "Ziraat Bank Intenational AG"nin payı 1,08 faizdə saxlanılıb.

Bankdan deyildiyi kimi, dəyişikliklərdən sonra "AzRe"ar sığorta şirkətinin payı 6,55 faiz, "Qala Həyat" sığorta şirkətinin payı isə 5 faiz təşkil edib.

Hazırda bankın nizamnamə kapitalı 50 milyon manatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti