...

Bank VTB-dən "Yaz hədiyyəsi"

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2015 18:56 (UTC +04:00)
Bank VTB (Azərbaycan) öz müştəriləri üçün “Yaz hədiyyəsi” adlı yeni depozit aksiyasına start verib.
Bank VTB-dən "Yaz hədiyyəsi"

Azərbaycan, Bakı, 5 mart /Trend/

Bank VTB (Azərbaycan) öz müştəriləri üçün "Yaz hədiyyəsi" adlı yeni depozit aksiyasına start verib.

Bankdan Trend-ə verilən məlumata görə, bu aksiya çərçivəsində "Zəmanətli" depoziti üzrə 12 ay müddətinə əmanət yerləşdirən müştərilər əlavə bonus faizləri qazanacaqlar.

Aksiyanın şərtlərinə əsasən hədiyyə bonusları sayəsində "Zəmanətli" əmanətin faiz dərəcəsi 12%-ə çatacaq. Bu faizlər rüblük ödənildiyi halda mümkün olacaq. Faizlər aylıq ödənildikdə əmanətin faiz dərəcəsi 11% təşkil edəcək. Bonuslar depozit müddətinin sonunda ödəniləcək. Aksiya çərçivəsində müştərilər 100 min manat və ya 125 min dollara qədər pul vəsaiti yerləşdirə bilər.

Bank VTB-nin (Azərbaycan) pərakəndə bizmesin inkişafı departamentinin direktoru Tural Vəliyev bildirib: "Bu şərtlər həm manat, həm də dollarla olan depozitlər üçün eynidir. Beləliklə, biz müştərilərimizə öz vəsaitlərini ən sərfəli, zəmanətli şərtlərlə yerləşdirmək imkanı yaradacaq. Bankımızın "Yaz hədiyyəsi" vəsaitlərini artırmaq istəyənlər üçün əla fürsətdir".

Aksiya 30 aprel 2015-ci il tarixinədək davam edəcək.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və baş ofis yanında Müştəri xidmətləri idarəsi ilə təmsil olunub

Məqalədə:
Xəbər lenti

Xəbər lenti