...

"Expressbank" bayram günlərində də müştərilərə xidmət göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2015 18:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart /Trend/

"Expressbank" istirahət günləri elan edilən 23, 24 və 25 mart tarixlərində müştərilərə xidmət göstərəcək.

Bankdan Trend-ə verilən məlumata görə, qeyd edilən tarixlərdə "Expressbank"ın MXD, Yasamal, Mərkəz, Neftçilər, Sumqayıt, Mingəçevir, Gəncə, Şirvan, Xaçmaz və Qusar filialları saat 10:00-dan 14:00-dək işləyəcək.

Bu tarixlərdə "Expressbank" əmanətlər, kreditlər, təcili pul köçürmələri, bank kartları və s. üzrə əhaliyə xidmət göstərəcək.

"Expressbank" xalqımızı Novruz bayramı münasibətilə təbrik edir, hər bir insana cansağlığı, firavan həyat və yeni nailiyyətlər arzu edir.

"Expressbank"ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5000-dək POS terminal və 180-dək "ExpressPay" ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi "facebook" səhifəsinə (www.facebook.com/Expressbank) daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti