...

Azərbaycan Çinin yaratdığı maliyyə institutunun təsisçilərindən biri olacaq (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2015 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Azərbaycan Maliyyə Nazirliyi Çinin Maliyyə Nazirliyinə ölkə hökumətinin Asiya İnfrastruktur İnkişaf Bankının yaradılması səylərinə dəstəyini bildirib.

Bu barədə Trend Azərbaycan Maliyyə Nazirliyinə istinadən məlumat verir.

Bununla əlaqədar Azərbaycan Asiya regionu infrastrukturunun inkişafı üçün artmaqda olan maliyyə ehtiyaclarının təmin edilməsi məqsədilə yaradılacaq yeni maliyyə institutunun təsisçi üzvü olmaqla bağlı marağını ifadə edib.

Bu maliyyə institutu Asiyada istehsal infrastrukturunun inkişafının yaxşılaşdırılması üçün maliyyə dəstəyini təmin edən hərtərəfli inkişaf bankı qismində yaradılır.

Bankın məqsədi Asiyada iqtisadiyyatın inkişafına və infrastrukturların qarşılıqlı fəaliyyətinə yardım etməkdir. Bankın maliyyələşdirməsinin prioritet istiqamətləri inkişaf edən regional üzvlərin infrastrukturuna investisiya yatırmaq olacaq.

Bankın yaradılması üzrə anlaşma memorandumunu hazırda 23 dövlət imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti