...

"Nurgun Motors"un əmlakı siyahıya alındı

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2015 18:28 (UTC +04:00)
Vergilər Nazirliyi "Nurgun Motors" şirkətinin bir sıra avtomobil salonlarında əmlakın siyahıya alınmasını aparıb.
"Nurgun Motors"un əmlakı siyahıya alındı

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir Ənvər Məmmədov/

Vergilər Nazirliyi "Nurgun Motors" şirkətinin bir sıra avtomobil salonlarında əmlakın siyahıya alınmasını aparıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu, şirkətin vergi borcunun yaranması ilə əlaqədardır. Şirkət qısa müddətdə borcu ödəməyi planlaşdırır.

Vergilər Nazirliyindən bildiriblər ki, bu, həbs qoyulması və ya şirkətin fəaliyyətinin dayandırılması anlamına gəlmir. Bununla belə, nazirlikdən vergi borcunun məbləğini açıqlamaqdan imtina ediblər.

Şirkətdən isə "İnfiniti", "Renault", "Nissan" və "Ford" avtomobil salonlarının bağlanması səbəblərini açıqlamaqdan imtina edərək vurğulayıblar ki, bu, aparılan tədbirlərlə əlaqədardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti