...

"MasterCard" xüsusi imtiyazlarla yeni platformanın tətbiqi üçün Azərbaycanı seçib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2015 14:21 (UTC +04:00)
"MasterCard" ASC Azərbaycanda ilk dəfə olaraq yeni "Qiymətsiz Üstünlüklər" platformasını işə salıb.
"MasterCard" xüsusi imtiyazlarla yeni platformanın tətbiqi üçün Azərbaycanı seçib (FOTO)

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir Azad Həsənli/

"MasterCard" ASC Azərbaycanda ilk dəfə olaraq yeni "Qiymətsiz Üstünlüklər" platformasını işə salıb.

Trend-in məlumatına görə, bunu "MasterCard"ın Cənub-şərqi Avropa ölkələrində marketinq üzrə direktoru Ceren Türkben Kaya Bakıda platformanın təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, platforma "MasterCard" sahiblərinə qabaqcıl brendlərin malları, Nyu-Yorka beş günlük səfər, alışlar üçün 1000 manat nominalında sertifikat kimi hədiyyələr üzrə çoxsaylı endirimlər və s. əldə etməyə imkan verir.

C. T.Kaya qeyd edib ki, platforma "MasterCard Imtiyazlari" proqramı çərçivəsində mümkün bütün imtiyazları saxlayır: "Azərbaycan dünyada mövcud proqramın başlandığı ilk ölkədir".

Cənub-şərqi Avropanın inkişaf etməkdə olan bazarların region üzrə menecer Hakan Acar Azərbaycanda nağdsız ödənişlərdən istifadəyə marağın artdığını qeyd edib: "Azərbaycanın nağdsız hesablaşmaların tətbiqi sahəsində böyük potensialı var. Hazırda ölkədə debet kartlarının sayı 4,6 milyon ədəd, kredit kartları isə 1,3 milyon ədəd təşkil edir. Üstəlik kredit kartlarının 70 faizi son iki il ərzində buraxılıb".

Onun sözlərinə əsasən, ötən il ölkədə 73 min POS-terminal quraşdırılıb: "Ölkədə POS-terminal vasitəsilə tranzaksiyaların həcminin 70 faiz artmasına rəğmən, digər ölkələrlə müqayisədə bu göstərici olduqca aşağı səviyyədədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti