...

“PAŞA Həyat” bədbəxt hadisə üzrə 10,4 min manat sığorta ödənişi verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2015 12:20 (UTC +04:00)
“PAŞA Həyat Sığorta” şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.
“PAŞA Həyat” bədbəxt hadisə üzrə 10,4 min manat sığorta ödənişi verib

Azərbaycan, Bakı, 21 aprel /Trend/

"PAŞA Həyat Sığorta" şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətinin verdiyi məlumata görə, neft istehsalı ilə məşğul olan şirkətlərin birində çalışan işçi baş vermiş bədbəxt hadisə nəticəsində həyatını itirib.

Zərərçəkmiş şəxsin işlədiyi müəssisə ilə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, həmçinin "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydası" tətbiq edilməklə vəfat etmiş şəxsin ailəsinə 10,404 min manat həcmində birdəfəlik sığorta ödənişi verilib.

"PAŞA Həyat Sığorta" ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 40,250 mln. manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti